SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Gəncədə gənclərin startap və karyera imkanlarına dəstək FORUMU - FOTO

Gəncədə gənclərin startap və karyera imkanlarına dəstək FORUMU - FOTO

  • 23 aprel 2026, 21:33
Gəncə

Gəncədə gənclərin karyera planlamasına dəstək olmaq, startap ekosistemi barədə məlumatlandırmaqla bağlı forum baş tutub.

Yurd.Media xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin təşkilatçılığı, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “StartUP və Karyera İmkanları” mövzusunda “LevelUP” karyera forumu keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Əhməd Məlikov isə qeyd edib ki, dövlət tərəfindən gənclərə göstərilən diqqət onların həm fərdi inkişafına, həm də ölkənin gələcək tərəqqisinə mühüm töhfə verir.

Forum GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsi ilə davam edib. Paneldə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Gəncə Regional Peşə Hazırlığı Mərkəzinin direktoru Ariz Ağayev, "Kapital Bank" ASC-nin Gəncə filialının direktoru Vüqar Paşayev, “EDED Agro” MMC-nin İnsan Resursları Departamentinin rəhbəri İbrahim İbrahimov, ADAU İnnovasiyalar Mərkəzinin direktoru və “İnnovation Park” MMC-nin təsisçisi Elvin Ağayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, uğurlu karyera və davamlı inkişaf edən startapların təməlində inam, əzm və düzgün hədəflərin müəyyənləşdirilməsi dayanır. Spikerlər gənclərlə öz təcrübələrini bölüşərək, əmək bazarında rəqabət üstünlüyü qazanmağın yolları, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclər üçün faydalı tövsiyələr səsləndirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları