“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət “iPhone 13” markalı mobil telefon və 2 “MİDEA” markalı kondisioner satdığı müştərisi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib.
Belə ki, cavabdehdən birinci müqavilədə 536 manat əsas borc, 80 manat cərimə, digər müqavilədə isə 296 manat əsas borc, 44 manat cərimə tələb olunur.
Ümumilikdə müştəridən tələb olunan məbləğ - 832 manat əsas borc, 125 manat cərimə, cəmi 957 manat borc və 30 manat dövlət rüsumunun tutulması tələb olunub.
Məhkəmə iddia tələbini qismən təmin edərək cəmi 901 manat cavabdehdən tutularaq “İrşad Electronics”ə ödənilməsi barədə qətnamə çıxarılıb.
Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, Şəki və Şəmkir rayonlarından, həmçinin Gəncə şəhərindən və Bakının Nizami rayonundan olan müştərilərinə qarşı iddia qaldırmışdı.