SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
İlham Əliyev pakistanlı həmkarı ilə İranın Azərbaycana terror hücumunu müzakirə etdi

İlham Əliyev pakistanlı həmkarı ilə İranın Azərbaycana terror hücumunu müzakirə etdi

  • 06 mart 2026, 13:52

İlham Əliyev Pakistanlı həmkarı ilə İranın Azərbaycana terror hücumunu müzakirə edib.

Yurd.Media xəbər verir ki, bugün Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb.

Dövlət başçısı göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib. Dövlət başçısı qeyd edib ki, İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları