Bu ilin yanvar-fevral aylarında Azərbaycanda vergi daxilolmaları təxminən 3 milyard manat təşkil edib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9% azdır.
2 ay ərzində ölkədə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 163,3 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7,7% azdır.