SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Hərbi qulluqçular atıcılıq üzrə yarışıblar

Hərbi qulluqçular atıcılıq üzrə yarışıblar

  • 25 aprel 2026, 11:24

Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa çatıb.

Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, bağlanış mərasimində çıxış edənlər bu cür yarışların hərbi qulluqçuların ştat silahlarından istifadəetmə vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsində xüsusi rol oynadığını vurğulayıblar.

Qeyd edilib ki, yarışda hərbi qulluqçular atıcı silahlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Yarışın yekun nəticələrinə əsasən, praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, kubok və medallarla təltif olunublar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları