SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycandan Ermənistana min tona qədər dizel göndərildi

Azərbaycandan Ermənistana min tona qədər dizel göndərildi

  • 05 sentyabr 2026, 12:46

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi.

Yurd.Media xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.

5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları