SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Yeni tikilən binalarda istilik sistemlərinin quraşdırılması ilə bağlı YENİ QAYDALAR

Yeni tikilən binalarda istilik sistemlərinin quraşdırılması ilə bağlı YENİ QAYDALAR

  • 24 aprel 2026, 22:21

Yeni tikilən binalarda istilik sistemlərinin quraşdırılması ilə bağlı yeni qaydalar müəyyənləşib.

Yurd.Media xəbər verir ki, Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə veriləcək:

- çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda,

- çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda,

- çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları