SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan xarici diplomatların İrandan evakuasiyasına kömək edir

Azərbaycan xarici diplomatların İrandan evakuasiyasına kömək edir

  • 06 mart 2026, 21:37
Astara

Azərbaycan bir sıra ölkələrin diplomatlarının İrandan evakuasiya olunmasına kömək edir.

Yurd.Media xəbər verir ki, bugün Astara Dövlət sərhədindəki buraxılış məntəqəsi vasitəsilə Rusiya, Xorvatiya və Çexiya səfirliklərinin nümayəndələri Azərbaycan ərazisinə daxil olublar.

Rusiya səfirliyinin nümayəndəsi bildirib ki, son günlər ərzində xeyli sayda Rusiya vətəndaşı da sərhədi keçib və bu prosesin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, Azərbaycan tərəfinin göstərdiyi əməkdaşlıq və uzatdığı yardım əlinin bundan sonra da davam edəcəyinə ümid edirlər.

Diplomatlar Azərbaycan hökumətinə göstərilən köməyə və humanitar dəhlizin yaradılmasına görə təşəkkür edərək bunu mətbuat nümayəndələrinə də bildiriblər.

Təxliyə olunan Çexiyanın İrandakı səfiri Vitezslav Grepl Naxçıvanda baş vermiş hadisələrdən çox təəssüfləndiyini bildirib:

"Çox təəssüf edirəm. Bu hadisə ilə bağlı hər nə baş veribsə, doğrudan da üzgünəm. Çünki mən əvvəllər Azərbaycanda olmuşam. Bu, sülhsevər bir ölkədir. Belə bir hücumun niyə baş verə biləcəyinə heç bir səbəb görmürəm".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları