Xocalının iki kəndinə bugün daha 67 nəfər yaxın köçdü.
Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə 13 ailə olmaqla 67 nəfər köçürülüb.
Bildirilib ki, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev Xocalı şəhərində ailələrə yeni evlərin açarlarını təqdim edib.
O həmçinin Xankəndi şəhəri, Xocalı rayonu və Ağdərə rayonu ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə məlumat verib. Bildirib ki, sakinlərin burda rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar.