Azərbaycanda hansı rayonun icra hakimiyyəti başçısının nə qədər əmək haqqı aldığı açıqlanıb.
Yurd.Media xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, icra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir:
Bakı şəhər icra başçısı – 7650 manat,
Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat,
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat,
Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat,
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat.
N.Cəfərli qeyd edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və s. çıxılır.
Ekspert həmçinin söyləyib ki, bu maaşlar 2022-ci ilin martın 1-dən etibarən artıb, həmin tarixdən icra başçılarının əsas maaşına 1,5 misli əlavə verilir. O, misal olaraq xatırladıb ki, 2022-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısının maaşı cəmi 3060 manat olub.