SÜJET
İyunun 7-də və 8-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.