SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Fizza Payin vəzifəli şəxsi 1 000 manat “geri düşdü”

"Fizza Pay"in vəzifəli şəxsi 1 000 manat “geri düşdü”

  • 03 mart 2026, 15:41

"Fizza Pay" MMC ödəniş təşkilatının vəzifəli şəxsi 1 000 manat cərimə ödəməli olacaq.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, şirkət quruma prudensial hesabatları yanlış təqdim edib. Odur ki, vəzifəl şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilib. 

Qeyd edək ki, bu ilin yanvar ayında da Mərkəzi Bank "Fizza Pay" ilə bağlı icrası məcburi göstəriş vermişdi. Həmin göstəriş "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı olmuşdu.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları