“FİNCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) Şirvan Şəhər Məhkəməsində kredit götürən müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, cavabdehdən 1423 manat əsas, 209 manat faiz borcu, 216 manat qəpik cərimə borcu olmaqla, cəmi 1848 manat pul vəsaitinin və 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib.
Belə ki, müştərisi “FINCA Azerbaijan”dan ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat məbləğində kredit götürüb.
Məhkəmə bankın iddia tələbini qismən təmin edib. Cavabdehdən 1423 manat əsas, 209 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 1732 manat məbləğində pul alınaraq iddiaçı banka verilməsi barədə qətnamə çıxarılıb.
Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl müştərilərinə qarşı Şəmkir Rayon Məhkəməsində, Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon Məhkəməsində və Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.