"Unibank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 15,4 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır.
Bu il oktyabrın əvvəlinə "Unibank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 11,2% çox – 1 908,3 milyon manat, o cümlədən kredit portfeli 11,3% çox – 1 223,4 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 726,4 milyon manat (11,1% çox), o cümlədən depozit portfeli 1 232,1 milyon manat (dəyişməyib), balans kapitalı isə 181,9 milyon manat (11,8% çox), o cümlədən nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) olub.
“Unibank”ın əsas səhmdarı Eldar Qəribovdur.