SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Eldar Qəribovun bankının mənfəəti 13%-ə yaxın azalıb, depozit portfeli “yerində sayıb”

Eldar Qəribovun bankının mənfəəti 13%-ə yaxın azalıb, depozit portfeli “yerində sayıb”

  • 15 oktyabr 2025, 16:08

"Unibank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 15,4 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır.

Bu il oktyabrın əvvəlinə "Unibank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 11,2% çox – 1 908,3 milyon manat, o cümlədən kredit portfeli 11,3% çox – 1 223,4 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 726,4 milyon manat (11,1% çox), o cümlədən depozit portfeli 1 232,1 milyon manat (dəyişməyib), balans kapitalı isə 181,9 milyon manat (11,8% çox), o cümlədən nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) olub. 

“Unibank”ın əsas səhmdarı Eldar Qəribovdur. 

Prime Leasing