Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Prezident yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevlə biurlikdə Çinin Urumçi şəhərində keçirilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı İnstitutunun Beyin Mərkəzlərinin IX İnkişaf Forumunda iştirak edib.
Yurd.Media xəbər verir ki, bu barədə V.Bayramov özü məlumat verib.
“Forumun ilk gününün müzakirələri zamanı bildirdim ki, Azərbaycan regionda “yaşıl enerji”nin inkişafına ən çox sərmayə yatıran ölkələrdəndir, bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələr sırasındadır. Eyni zamanda bərpa olunan enerji sahəsində dövlət-özəl əməkdaşlığı ilə bağlı fikirlərimi bölüşərək bu sahədə tətbiq edilən yeni təşəbbüsləri qeyd etdim. Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın güclənməsi fərqi tematik sahələrdə yeni imkanlar yaradır. Regionu təmsil edilən aparıcı beyin mərkəzləri arasında əməkdaşlığı daha da gücləndirilməsi məsələləri də xüsusi müzakirə olundu”, - deyə o qeyd edi
b.