SÜJET

Bank Ramazan 2026 Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Dünya neft bazarlarındakı böhran necə yaranıb?

Dünya neft bazarlarındakı böhran necə yaranıb?

  • 16 mart 2026, 12:39

Son 50 ildə dünya neft bazarlarındakı böhranın tarixini analiz edəndə ortaya 2 vacib məqam çıxır.

Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, bunlardan biri odur ki, neftin maksimum qiymət həddi var və ondan yuxarısına dünya iqtisadiyyatı dözmür. 2-ci məqam isə odur ki, maksimum yüksək qiymətlər uzun müddət davam etdiyi halda qlobal iqtisadi resessiya qaçılmaz olur, bunun ardınca isə qiymət çöküşü baş verir:

“1973-74-cü illərdə ərəb ölkələrinin ABŞ və Qərb ölkələrinə embarqosu nefti 4 dəfə bahalaşdırdı, pik qiymətlər 5 ay davam etsə də, yüksək qiymətlər 4 ilə qədər qaldı. Nəticə çox ağır oldu, aparıcı iqtidsadiyyatlarda yüksək staqflyasiya neft bazarını çökdürdü. Hətta bəzi təhlilçilər SSRİ-nin iflasının sürətlənməsində də bu amilin rolu olduğunu düşünür. İraqın Küveytə hərbi müdaxiləsinin səbəb olduğu neft böhranı (1990-91-ci illər) qısa çəkdi (təxminən 9 ay) və qlobal iqtisadi nəricələri sarsıdıcı olmadı. 2008-ci ilin qiymət şoku təxminən 6-7 ay sürdü. Lakin neftin həddən artıq kəskin bahalanması (147 dollara qədər artmışdı qiymətlər), qlobal maliyyə bazarlarında başlayan böhranı daha da dərinləşdirməsi ağır nəticələr doğurdu. Bəzi qiymətləndirmələrə görə həmin böhranın yaratdığı qlobal itkilər 10 trilyon dollar ətrafındadır. Qlobal ÜDM 3%-ə yaxın, dünya ticarəti 10% azaldı. Ərəb coğrafiyasında başlayan inqilablar və İrana sanksiyalar nəticəsində 2011-2014-cü illərdə yaranan qiymət şoku (125 dollara qədər artdı) ən uzun davam edən neft bazarı böhranıdır. Lakin həmin mərhələdə ABŞ 2008-ci il böhranından sonrakı dövrün yüksəlişini yaşayırdı, Çin ən sürətli iqtisadi artım mərhələsinin ortasında idi deyə qlobal iqtisadi artm xeyli zəifləsə də, dünya iqtisadiyyatı böhran mərhələsinə keçmədi. Həllecidi səbəblərdən biri də ABŞ-da şist neft hasilatı sahəsində inqilabi dəyişikliyin baş verməsi oldu. Bunun sayəsində ABŞ 3-4 ilin içərisində hasilatı az qala 2 dəfə artırmağa nail oldu. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində yaranan qiymət şokunun nəticələri ağırdır. Qlobal inflyasiyanın sürətlənməsi (ABŞ-da 9%-ə, Avrozonada 10%-ə yaxın inflyasiya), iqtisadi artımın mənfi zonaya keçməsi pandemiya ilə yanaşı onun ardınca yüksələn enerji qiymətlərindən qaynaqlanırdı".

İndiki qiymət şoku nə qədər davam edə bilər?

Ekspert bildirib ki, bunun cavabını iqtisadçılardan daha çox geopolitika mütəxəssisləri verə bilər:

"Çünki əsas sual budur ki, İrana müdaxilənin nəticəsi necə olacaq və hərbi qarşıdurma nə zaman yekunlşacaq. Sadəcə ehtimllara baxmaq olar. Əgər yaxın 1 ayda razışlaşma olsa, qlobal iqtisadiyyat üçün ciddi itkilər olmadan qiymət şoku aradan qalxacaq. 90-91-ci il hadisələrində də qiymətlər təxminən 3 ay ərzində əvvəlki səviyyəsinə qayıtmışdı. Əgər müharibə uzansa (1 ildən çox), qarşıdakı dövrdə alternativ mənbələr hesabına istehsalın və nəql marşurutlarının təmin edilməsi qiymətlərdə müəyyən sabitlik yarada bilər, lakin artıq Trampın gəlişindən sonrakı ucuz qiymətə dərhal qayıdış çətin olar. Amma uzunmüddətli yüksək qiymətlər qlobal iqtisadi resessiya riskini artırmış olacaq. Əgər proses daha uzun dövrə (məsələn, 2-3 il) yayılacaqsa, qlobal qarşıdurma riski ciddi şəkildə artacaq. Bunun nəticəsi isə 1973-1979 -cu illərdə olduğu kimi enerji bazarında ciddi struktur və institusional dəyişikliklər olacağı mümkündür. 70-ci illərin böhranında nüvə enerjisindən və kömürdən istifadənin sürətlə genişlənməsi, qaz infrastrukturnun genişlənməsi, OPEC-in bazarın əsas oyunçusuna çevrilməsi dəyişikliyin əsas əlamətləri idi. İndi isə alternariv enerji sektorunun daha sürətlə böyüdülməsi, enerji səmərəliyi və enerji saxlayıcı texnogiyalara sərmayələrin artırlması, LNG və atom enerjisinə böyük investisiyalar, təchizat coğrafiyasının daha da şaxələndirilməsi (Afrikanın və Amerika qitəsinin timsalında) struktur dəyişikliyin əsas amilləri ola bilər”, - deyə ekspert qeyd edib.

iqtisadçı-ekspert Rövşən Ağayeviqtisadçı-ekspert Rövşən Ağayev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları