SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Biləsuvarda “Dövlət quruculuğunda Heydər Əliyev İrsi” Forumu - FOTO

Biləsuvarda “Dövlət quruculuğunda Heydər Əliyev İrsi” Forumu - FOTO

  • 16 mart 2026, 20:04
Biləsuvar

Biləsuvar rayonunda “Dövlət Quruculuğunda Heydər Əliyev İrsi” adlı Forum baş tutub.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın Hüquqi Təməli” layihəsi çərçivəsində Biləsuvar rayonunda “Dövlət Quruculuğunda Heydər Əliyev İrsi” adlı Forum keçirilib.

Tədbirin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının mahiyyətini gənclərə tanıtmaq, Heydər Əliyev irsini konstitusiya dövlətçiliyinin təməli kimi təbliğ etmək, gənclərin hüquqi biliklərini və dövlətçilik düşüncəsini gücləndirmək olub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ülvi Həzizadə bildirib ki, layihənin əsas məqsədi gənclər arasında ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin, xüsusilə Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsindəki tarixi rolunun təbliğidir. O vurğulayıb ki, müasir Azərbaycanın hüquqi dövlət quruculuğu prosesi məhz ulu öndərin müəllifi olduğu əsas qanunun qəbulundan sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videorolikə baxılıb. “Heydər Əliyev və Konstitusiya quruculuğu” mövzusunda hazırlanmış videorolikdə Ümummilli Liderin siyasi irsi, Konstitusiyanın hazırlanması prosesindəki rolu, dövlətçilik fəlsəfəsi, tarixi foto və sənədlərlə təqdim olunub. Forum panel müzakirələrlə davam edib.

“Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası” adlı paneldə iştirak edən qonaqlar gənclərə Ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı əhəmiyyətli rolundan danışmış və mühüm təhlillər verib. Həmçinin qeyd edilib ki, Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğu ilə bağlı irəli sürdüyü ideyalar və həyata keçirilən tədbirlər bu gün gənclər üçün müqəddəs irsdir. Gənclərimizin hüquqi maarifləndirilməsi onların inkişafı və dövlətçilik ruhunda tərbiyə üçün mühüm əhəmiyyət kəsb edir.

Panel müzakirədə Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Məsul Qəzetinin təsisçisi və Baş redaktoru Qənbərəli Bağırov, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova və YAP Biləsuvar rayon təşkilatının qurucusu, ilk sədri Valeh Səfiyev və layihənin təlimçisi İsmayıl Ağacanlı iştirak edib.

Panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum xatirə fotosu və çay-kofe fasiləsi ilə yekunlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları