SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Nazirlik “Chef Style” restoranında qanunsuzluq aşkarladı – MƏHKƏMƏ

Nazirlik “Chef Style” restoranında qanunsuzluq aşkarladı – MƏHKƏMƏ

  • 16 mart 2026, 16:42
Bakı

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Chef Style” restoranı cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Chef Style” iaşə obyektinin havalandırma sistemindən ətraf mühitə təsir göstərən səs-küy çirklənməsinin normalardan artıq olması müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bununla bağlı ölçmə aparılıb. Nazirlik tərəfindən restoranın barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə icraat başlanılıb.

Lakin, Yasamal Rayon Məhkəməsinin qərarı ilə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilib. Nazirliyin nümayəndəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları