Qazılar Şurasının Fitvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Bu barədə Yurd.Media-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
"Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır", - QMİ-dən bildirilib.
QMİ-dən bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək:
"Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib".