Gəncə Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tikililər sökülüb.
FHN-dən Yurd.Media-ya bildirilib ki, Gəncə şəhərinin Tereşkova küçəsi və Məhsəti qəsəbəsi ərazilərində qanunsuz tikililər sökülüb.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazilərdə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.