Ötən gecədən başlayaraq Daşkəsən şəhərinə, rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq, Xoşbulaq və digər dağətəyi kəndlərinə qar yağıb.
Qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 10-15 santimetrə çatıb.
Daşkəsən rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, qarın yağması rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkəti çətinləşdirməyib. Həmçinin elektrikin, suyun və qazın verilişində fasilə yaranmayıb.
Qeyd edək ki, hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.