Daha 20 ailə Ağdərə rayonunun Həsənriz kəndinə köçdü

Daha 20 ailə Ağdərə rayonunun Həsənriz kəndinə köçdü

Ağdərə

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Bu mərhələdə kəndə 20 ailə köçürülüb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, kəndə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.

Artıq doğma kəndinə köçən ailələrin sayı 70-ə (238 nəfər) çatdırılıb.

Qeyd edək ki, köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.