SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun anım mərasimi keçirilib

Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun anım mərasimi keçirilib

  • 12 mart 2026, 18:04
Mingəçevir

Milli Qəhrəman Natiq Qasımovun elə adını daşıdığı Mingəçevir şəhər 4 Saylı Tam Orta Məktəbdə anım mərasimi keçirilib.

Yurd.Media xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı rəsmilər, təhsil işçiləri və Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

İlk olaraq məktəbin önündə ucaldılmış Milli Qəhrəman Natiq Qasımovun büstünün önünə güllər düzülüb.

Daha sonra mərasimdə şəhidin yaxınları onun həyatından, xatirələrindən, düşmənə qarşı göstərdiyi şücaətindən bəhs ediblər.

Sonda isə tədbirin bədii hissəsi nümayiş edilib.

Qeyd edək ki, şəhid Natiq Qasımov Cənəb Prezident İlham Əliyevin sərəncamı ilə 25 iyun 2024-cü il tarixində ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları