SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“CibPay” nizamnamə kapitalını artırdığı vəsaiti geri çəkdi

“CibPay” nizamnamə kapitalını artırdığı vəsaiti geri çəkdi

Azərbaycanda lisenziyalı ödəniş təşkilatı “CibPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (CIBPAY) nizamnamə kapitalını azaldıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 20 min manat (1,6%) azaldaraq 1 milyon 287 min manata salıb.

Xatırladaq ki, şirkət nizamnamə kapitalını yanvarın sonlarında 20 min manat artıraraq 1 milyon 307 min manata qaldırmışdı.

Qeyd edək ki, şirkət 2022-ci ildə təsis edilib. Onun təsisçisi Söhrab Fərhadov Cəbrayıl oğludur. S.Fərhadov hazırda həmçinin şirkətin icra orqanına rəhbərlik edir. Fintex “FinDynamix” MMC-yə daxildir. Mərkəzi Bank 2024-cü ilin sentyabrında şirkətə lisenziya verib ki, burada kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi kimi xidmətləri aparmağa imkan verir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları