SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Binəqədi və Suraxanını su basdı: Uşaqlar təxliyyə edildi - VİDEO

Binəqədi və Suraxanını su basdı: Uşaqlar təxliyyə edildi - VİDEO

  • 27 mart 2026, 23:07
Bakı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.

Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

Binəqədi və Suraxanını su basdı: Uşaqlar təxliyyə edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları