Fevralın 28-i saat 08:00-dan martın 27-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3040 nəfər təxliyə edilib.
Yurd.Media xəbər verir ki, təxliyə olunanların 516-sı Azərbaycan vətəndaşıdır.
Təxliyə olunanlar arasında 723 Çin, 343 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 184 Hindistan, 148 Pakistan, 80 Oman, 68 İndoneziya, 57 İran, 44 İtaliya, 30 Əlcazair, 26 İspaniya, 24 Almaniya, 24 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 19 Gürcüstan, 16 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 13 Qazaxıstan, 12 Macarıstan, 12 Bəhreyn, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 7 Venesuela, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya vətəndaşı var.
Bundan başqa Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Vyetnam, Qırğıstan, Türkiyə, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Kipr, Myanma, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.