SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakıda icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçdi

Bakıda icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçdi

  • 27 mart 2026, 21:38

Səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları