Gəncə şəhər Məhsəti qəsəbəsində (keçmiş Sevinc qəsəbəsi) illərdir yağış suları fəsadlara səbəb olur.
Şəhərə yağan yağışlardan sonra qəsəbənin bir çox küçələrinə yağış suları dolur, insanların hərəkətində çətinliklər olur. Yaranan gölməçələrdən keçmək üçün ya uzun çəkmələrə ya da avtomobillərə ehtiyac duyulur. Bu acınacaqlı vəziyyətdən çıxmaq üçün avtomobilə də hərəkət etmək başqa bir problemə çevrilir.
Yağış sularının küçələrdə yaratdığı problemlərdən daha betəri isə orada yaşayan bir çox sakinin evlərinə, həyətlərinə, bağlarına dolan yağış sularının törətdiyi fəsadlardır.
Sakinlərin Yurd.Media-ya bildirdiyinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciətlər ediləs də təssüflər olsun ki, problem öz həllini tapmayıb.
Qeyd edək ki, bir neçə il əvvəl qəsəbədə yağış sularının kənarlaşdırılması üçün 400 metr uzunluğunda drenaj xəttləri çəkilib. Lakin bu mövcud problemin tam həllinə nail olmayıb. Problemin tam həll olunması isə qalıb açıq komunal infrastruktur proqramının ikinci layihəsinin həyata keçirilməsinə.
