SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Berlində Almaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafı müzakirə olundu

Berlində Almaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafı müzakirə olundu

  • 21 iyul 2026, 15:18

Berlində Azərbaycan - Almaniya əlaqələrinin yüksək səviyyədə inkişafı müzakirə olunub.

Yurd.Media xəbər verir ki, iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.

Sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi.

Sonra Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırladı.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi.

O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi.

Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırladı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulandı.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlandı, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları