SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Təcili tibbi yardım daha tez çatacaq - YENİLİK

Təcili tibbi yardım daha tez çatacaq - YENİLİK

  • 21 iyul 2026, 10:03

Paytaxtda təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına imkan yaradacaq yenilik tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə olunacaq.

Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi hadisə yerinə ənənəvi ambulansdan daha tez çataraq xəstəyə ilkin tibbi yardımı göstərəcək və zəruri hallarda vəziyyəti stabilləşdirən müdaxilələri həyata keçirəcək. Bu isə xüsusilə həyati təhlükə yaradan hallarda vaxt itkisinin minimuma endirilməsinə xidmət edəcək.

Son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda motosikletlə təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərəcəyi gözlənilir. Çünki motosikletlər sıx şəhər trafikində maneələri daha çevik keçərək hadisə yerinə qısa zamanda çata bilir.

Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.//Teleqraf

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları