SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qumar borcunu bağlamaq üçün külli miqdarda pul alıb işə düzəldəcəyini vəd etdi - MƏHKƏMƏ

Qumar borcunu bağlamaq üçün külli miqdarda pul alıb işə düzəldəcəyini vəd etdi - MƏHKƏMƏ

  • 20 iyul 2026, 22:46

Qumarda borca düşəndən sonra iş düzəltmək adı ilə yalan vəd verən şəxsin məhkəməsi baş tutub.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsində (DGK) işə düzəltmək vədi ilə iki nəfəri aldadaraq onlardan ümumilikdə 29 min manata yaxın pul alan şəxsə hökm oxunub.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişlərdən birindən 17 min manat, digərindən isə 12 175 manat alıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilib.

O bildirib ki, bir müddət Bakıda tanınmış iş adamının bağ evində mühafizəçi işləyib və qohumlarına həmin iş adamının yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək özünü onun "sağ əli" kimi təqdim edib. 

Onun sözlərinə görə, 2025-ci ilin əvvəllərində onlayn qumar oynamağa başlayıb və böyük məbləğdə borca düşüb. Borclarını ödəmək məqsədilə müxtəlif şəxslərə dövlət qurumlarında işə düzəldə biləcəyini vəd edib.

Bu məqsədlə zərərçəkmişlərdən sənədlərini alaraq onları Dövlət Gömrük Komitəsində işə qəbul etdirəcəyini bildirib və hissə-hissə pul vəsaiti əldə edib. Sonradan isə verdiyi vədlərin tamamilə yalan olduğunu etiraf edib.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə tövsif edib. Hökmə əsasən, təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları