SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan maliyyə sektoruna investisiya qoyuluşunu 69% azaldıb

Azərbaycan maliyyə sektoruna investisiya qoyuluşunu 69% azaldıb

  • 21 iyul 2026, 11:14

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda maliyyə sektoruna 36,1 milyon manat investisiya qoyulub. 

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69% azdır. 

Hesabat dövründə maliyyə sektoruna investisiya qoyuluşu əsas kapitala yönəldilmiş investisiyaların 0,4%-ni təşkil edib. 

6 ayda Azərbaycanda əsas kapitala 9 295,2 milyon manat investisiya yönəldilib. Bu, 1 il əvvələ nisbətən real ifadədə 13,8% çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları