SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
ABB-nin rəhbər şəxsi Bankdakı 54 min manatlıq səhmini satdı

ABB-nin rəhbər şəxsi Bankdakı 54 min manatlıq səhmini satdı

  • 21 iyul 2026, 14:43

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 1 aprel 2026-cı ildən 30 iyun 2026-cı ilə qədər səhmlərinin alışına və satışına dair bağlanılmış 32 insayder əqdini ictimailəşdirib.

Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.

“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət ABB-də müxtəlif vəzifələr tutan şəxslərin Bankda paylarını artırmasından və azaltmasından gedir.

Məsələn, həmin şəxslərdən biri ABB-nin Maliyyə monitorinqi və komplayens departamentinin direktor müavini Rauf Hacılıdır. O, Bankın nominal dəyəri 27 qəpikdən 200 000 ədəd səhmini 54 min manata satıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları