SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq

Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq

  • 05 iyun 2025, 17:39

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.

Yurd.Media xəbər verir ki, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.

"İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər", - məlumatda bildirilib.

Qeyd olunur ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir. Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək.

Prime Leasing