SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İlk zəvvar qrupu bu tarixdə vətənə dönəcək

İlk zəvvar qrupu bu tarixdə vətənə dönəcək

  • 09 iyun 2025, 12:55

"Əvvəlki illərlə müqayisədə bu il zəvvarlar arasında xəstəlik halları nisbətən aşağıdır."

Yurd.Media xəbər verir ki, Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

QMİ rəsmisi bildirib ki, zəvvarlarımızın səhhəti ilə bağlı vəziyyət yaxşıdır:

"Bu il əvvəlki dövrlərlə müqayisədə xəstəlik halları nisbətən aşağıdır. Zəvvarlar özlərini yaxşı hiss edirlər. Həccin son ayinlərini yerinə yetirirlər."

V.Cahangiri azərbaycanlı zəvvarların vətənə nə vaxt dönəcəyini də açıqlayıb:

"Zəvvarların vətənə ilk dönüşü iyun ayının 16-da baş tutacaq."

Qeyd edək ki, bu il Azərbaycandan 1250 zəvvar Həccə yola düşüb.

Prime Leasing