SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ordubadda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi

Ordubadda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi

  • 09 iyun 2025, 10:38
Ordubad

Naxçıvanda qanunsuz hərbi forma daşıyan şəxs barəsində tətbiq edilən inzibati xəta haqqında protokol təsdiq edilib.

Yurd.Media Trend-ə istinadən xəbər verir ki, hadisə Ordubad Rayonu, Xurs kəndi ərazisində baş verib.

Təqsirləndirilən şəxsin izahatından görünür ki, qanunsuz daşıdığı hərbi geyimdə olarkən Xurs kəndi, Dərə adlanan yerdə polis sahə rəisi onu görüb və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Şəxs həmi izahatı imzalayaraq inzibati xətanı törətdiyini qəbul edib.

Ordubad rayon Məhkəməsinin qərarı ilə şəxs İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olan hərbi geyim forması müsadirə edilib. O, 300 manat məbləğində inzibati cərimələnib.

Prime Leasing