SÜJET
Müasir dövrdə sosial medianın yaratdığı ən böyük problemlərdən biri də asılılıqdır. Məhz bu asılılığa görə insanların inkişafdan geri qaldığı aydındır. Sağlamlığa ciddi ziyanı olduğu kimi vaxtımızı da boşa israf etmiş oluruq. Bunların psixoloji, bioloji tərəfdən təsiri ilə bağlı müəyyən araşdırmalar da var.
Məsələn: psixoloji baxımdan Stenford Universitetinin professoru Anna Lembke sosial medianı "dijital narkotik" olaraq təsvir edir və beynin dofamin sistemi üzərində yaratdığı təsiri vurğulayır. O, sosial medianın beynin təbii əlaqə ehtiyacını istismar etdiyini və bu səbəbdən asılılıq yarada biləcəyini bildirir.
Kanadalı həkim professor Qabor Mate isə bu asılılığı qısa müddətli ağrını aradan qaldırmaq üçün istifadə edilən davranışlar kimi təsvir edir və bu davranışların uzun müddətli mənfi nəticələrə yol açdığını vurğulayır.
Uzun müddətli prosesi götürsək bu asılılıq bizdə çox ciddi problemlərə yol açdığı müşahidə edilir. Həmin an həzz alsaq da gələcəkdə gözlənilməz problemlərlə üzləşə bilərik.
"Shorts" adlanan qısa videolara baxmaq vaxtımızı apardığı kimi digər mənfi təsiri də çoxdur.
Bəs bundan çıxış yolu nədir?
London Universitet Kollecinin müəllimi Keytilin Reger “The Times” jurnalına açıqlamasında “Dijital qidalanma" anlayışını təklif edir, rəngsiz ekranlar və tətbiqlərin gizlədilməsi kimi üsullarla sosial media istifadəsini azaltmağı tövsiyə edir.
“Dijital qidalanma” özlüyündə rəqəmsal alətlərdən balanslı şəkildə istifadə və psixoloji rifahın qorunması deməkdir. Məhz əsas məqsəd də düzgün və faydalı şəkildə texnologiyadan istifadədir.