SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
34 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı - DİN

34 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı - DİN

  • 09 iyun 2025, 11:58

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-də və 8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54000 ədəd çətənə kolu isə məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Prime Leasing