Bakının daha bir ərazisində pəncərələrdən evlərə həşəratlar dolur.
Yurd.Media xəbər verir ki, Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.
İTV-yə danışan sakinlər bildirirlər ki, binaların həyətlərində və bloklarında həşəratlar var.
Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.
Qeyd edək ki, daha əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospektində də analoji problemin olması ilə bağlı məlmat vermişdik.