SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda binaların həyətlərini qurdlar basıb - VİDEO

Bakıda binaların həyətlərini qurdlar basıb - VİDEO

  • 12 oktyabr 2025, 14:01

Bakıda bəzi binaların həyətlərində qurdlar yayılıb.

Yurd.Media xəbər verir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektində vəziyyət o həddə çatıb ki, qurdlar artıq evlərə dolur.

Sakinlər Xəzər TV-yə bildiriblər ki, həyətdə bəzi ağacların sadəcə budaqları qalıb, ayaq basılan hər yer bu həşəratlarla doludur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib.

Yaxın günlərdə dezinfeksiya işləri aparılacaq.

Prime Leasing