SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakı-Balakən qatarında vaqonların sayı ARTIRILDI

Bakı-Balakən qatarında vaqonların sayı ARTIRILDI

  • 24 iyun 2025, 15:59
Balakən

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

Bu barədə Yurd.Media-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.

Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

Prime Leasing