SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilir

Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilir

  • 21 iyun 2026, 10:36

Bugün Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağı Biləcəri stansiyasından yola salınacaq.

Bu barədə Yurd.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Xatırladaq ki, martın 5-də 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Bundan başqa, aprelin 11-də Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı göndərilib.

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları