Bu ilin sonuna qədər Azərbaycanda avtomobil və dəmir yolu nəqliyyatından istifadə edənlər sığorta haqqı ödəməli olacaqlar.
Yurd.Media xəbər verir ki, yeniliyin anonsunu İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev verib.
Onun sözlərinə görə, söhbət sərnişinlərin icbari fərdi qəza sığortasının yeni formada tətbiq edilməsindən gedir: “Bu istiqamərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə yeni layihələr hazırlanıb. Düşünürəm ki, bu ilin sonuna qədər yenilik tətbiq olunacaq".