SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanda dörd vəkil cəzalandırılıb

Azərbaycanda dörd vəkil cəzalandırılıb

  • 06 mart 2026, 10:23

Azərbaycanda dörd vəkilin cəzalandırılması haqqında qərar qəbul olunub.

Yurd.Media xəbər verir ki, yol verilmiş intizam pozuntularına görə Vəkillər Kollegiyasından bir vəkil xaric edilib, üç vəkil barəsində cərimə tədbiri tətbiq olunub.

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qeyd olunub ki, daha 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

Həmçinin məlumatda vurğulanıb ki, Prezidenti İlham Əliyevin Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən Kollegiyanın 12 üzvünün mükafatlandırılması və vəkillik fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən bununla bağlı müvafiq müsbət qərar qəbul olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları