SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycan Rusiya ilə birlikdə taxıl daşıyası olmadı

Azərbaycan Rusiya ilə birlikdə taxıl daşıyası olmadı

  • 25 sentyabr 2025, 12:46

"Azərbaycan Dəmir Yolları” QSC Rusiyanın taxılın dəmir yolu ilə daşınması üzrə operatoru “Rusaqrotrans” QSC ilə birlikdə yaratdığı "AzRusTrans" QSC-ni ləğv etməyə başlayıb. 

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Kreditorlar ay yarım ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "AzRusTrans" 2016-cı ildə Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 150 min manatdır. Şirkət Azərbaycanda taxıl daşınması üçün özəl vaqon parkına sahibdir.

Prime Leasing
SPE Annual Caspian