SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan İrana humanitar yardım göndərdi

Azərbaycan İrana humanitar yardım göndərdi

  • 10 mart 2026, 09:42

Azərbaycan 30 tona yaxın qida məhsullarını İrana humanitar yardım kimi göndərdi.

Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb. 

Göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınır və qısa müddətdə təyinat yerinə çatdırılacaq.

Humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Humanitar yardım karvanını Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət edirlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları