Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 28,3 milyon ABŞ dolları dəyərində 71,1 min ton kartof ixrac edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 38% və 47,3% çoxdur.
11 ay ərzində kartof ixracından əldə olunan gəlir ixrac gəlirlərində 0,1%, qeyri-neft-qaz ixracı gəlirlərində isə 0,85% paya malik olub.