SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Füzulidə kənd təsərrüfatının inkişafına töhfə verən xanımlara DƏSTƏK

Füzulidə kənd təsərrüfatının inkişafına töhfə verən xanımlara DƏSTƏK

  • 06 mart 2026, 14:28
Füzuli

Füzuli rayonunda kənd təsərrüfatının inkişafına töhfə verən xanım fermerlər üçün dəstək layihəsi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində Füzuli rayonunda qadın fermerlərə avadanlıqlar təqdim olunub.

Məlumata görə, nazirliyə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə həyata keçirilən layihə ilə bağlı və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım fermerlərlə görüş keçirilib. Görüşün əsas məqsədi kənd təsərrüfatının inkişafına töhfə verən qadın fermerlərin iqtisadi fəallığının artırılmasına, eləcə də onların biliklərinin və bacarıqlarının gücləndirilməsinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Füzulidə fəaliyyət göstərən "Zəfəran" və "Şamama" qadın qruplarına avadanlıq dəstəyi göstərilib. Bu çərçivədə 30 qadın fermer avadanlıq dəstəyi ilə təmin olunub. Bununla yanaşı, Aqrar Xidmətlər Agentliyinin təlimçi dəstəyi ilə inkubator avadanlığından istifadə üzrə praktik təlim təşkil edilib. Təlim zamanı iştirakçılara avadanlığın düzgün istismarı, məhsuldarlığın artırılması və istehsal prosesində keyfiyyət standartlarının qorunması ilə bağlı praktiki biliklər verilib.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən bu görüşü yüksək qiymətləndirən qadın fermerlər bildiriblər ki, kənd yerlərində qadın sahibkarlığının təşviqinə və onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə verilən bu töhfə onların fəaliyyətini daha da stimullaşdırır.

AFAQ layihəsi qadınların kənd təsərrüfatında rolunun gücləndirilməsi, onların məşğulluq imkanlarının artırılması və sosial-iqtisadi rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları