Azərbaycanın milli at cinslərinin qorunması və inkişafı üçün yeni maliyyə dəstəyi mexanizmi tətbiq olunacaq.
Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, Azərbaycanın milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.
Yeni subsidiya mexanizmi çərçivəsində iki yaşadək dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1000 manat illik subsidiya veriləcək.
Subsidiya almaq üçün atların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.
Qeyd olunan dəstək tədbirinin milli at cinslərinin genofondunun qorunmasına, damazlıq işinin gücləndirilməsinə və “Qarabağ” və “Dilbaz” atlarının sayının artırılmasına xidmət etməsi nəzərdə tutulur.